Xocalıda ermənilərin basdırdığı 5 tələ-mina - FOTOLAR

   Xocalıda ermənilərin basdırdığı 5 tələ-mina -    FOTOLAR
  23 Sentyabr 2022    Oxunub:902
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri erməni hərbi birləşmələri tərəfindən Xocalı rayonu istiqamətində basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minalarından ibarət beş ədəd tələ-mina aşkarlayıb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.







AzVision.az


Teqlər:





Xəbər lenti