Amerikalı politoloq: “Pelosinin Ermənistana səfəri səhv idi” - Müsahibə

      Amerikalı politoloq:    “Pelosinin Ermənistana səfəri səhv idi” -     Müsahibə
  23 Sentyabr 2022    Oxunub:3008
“Nensi Pelosinin Ermənistana səfəri bir çox baxımlardan yanlış idi. Bu, Pelosinin qaynar nöqtələrdə üçüncü xarici siyasət “avantüra”sıdır. Düşünürəm ki, bu, ABŞ-da keçiriləcək aralıq seçkilər və Demokratlar Partiyasının mövqeyi ilə bağlıdır. Mənə maraqlıdır, bu səfər Bayden administrasiyası ilə razılaşdırılmışdımı?”
Bu sözləri AzVision.az -a amerikalı politoloq, “Transatlantic Leadership Network”un vitse-prezidenti Saşa Toperiç deyib. O ümid edir ki, Pelosinin avantürasına baxmayaraq, tərəflər münaqişənin həlli istiqamətində irəliləməyə davam edəcəklər.

- Paşinyanın ŞƏT-in Səmərqənd sammitində iştirakdan imtinasını necə şərh edərdiniz? Problem təkcə Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı idi, yoxsa Ermənistan Rusiyadan üz döndərməyə hazır olduğunu göstərir?
- Düşünürəm ki, bu problemli ərazidə yaşayan hər iki xalq sakitləşməli və danışıqlar masasına qayıtmalıdır. ABŞ demokratik Ermənistanı dəstəkləməyə davam edəcək.
Harrisə Pelosinin girovu rolu hazırlanıb?

- ABŞ Ermənistanı öz tərəfinəmi çəkməyə çalışır? Dünyada baş verən son hadisələr fonunda ABŞ bunda nə dərəcədə maraqlıdır?
- Məncə, “çəkmək” düzgün yanaşma deyil. Ukraynanın timsalında görünür ki, Rusiyanın qonşuları Aİ və ABŞ ilə daha sıx əlaqələrə can atırlar. Heç kim Rusiyanın yaratmağa çalışdığı daha bir “dəmir pərdə”nin o biri tərəfində qalmaq istəmir.
Mən əmin deyiləm ki, ABŞ-a kimisə özünə “çəkmək” lazımdır və Rusiyanın işğalına etiraz edən ölkələri görməyə şadam.

- ABŞ-ın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi necədir?
- Zəngəzur dəhlizinin açılması atəşkəs sazişinin tərkib hissəsidir və təkcə Azərbaycan üçün deyil, Ermənistan ilə Türkiyə üçün də mühüm marşrutdur. Şimal-Cənub nəqliyyat dəhlizi bütün Mərkəzi Asiyanın, eləcə də Şimal-Cənub və Şərq-Qərb marşrutlarının əlaqəsini yaxşılaşdıracaq ki, bu da istənilən halda, xüsusən indiki geosiyasi şəraitdə zəruridir. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılmalıdır. Əgər ruslar Zəngəzur dəhlizinin açılmasını gecikdirmək üçün ermənilərə təzyiq etsələr, bu, tezliklə aydınlaşacaq və əminəm ki, Vaşinqtondan və Aİ-nin digər paytaxtlarından gələn ton fərqli olacaq.

Seymur Məmmədov
AzVision.az



Teqlər: Pelosi   ABŞ  





Xəbər lenti