“ABŞ-ın məqsədi Ermənistanı Rusiyaya qarşı qoymaqdır” – Rusiyalı politoloq

   “ABŞ-ın məqsədi Ermənistanı Rusiyaya qarşı qoymaqdır” –    Rusiyalı politoloq
  23 Sentyabr 2022    Oxunub:2029
“Nensi Pelosinin Ermənistana səfəri ilk növbədə noyabrda Nümayəndələr Palatasına keçiriləcək seçkilərlə bağlıdır. Pelosi üçün ABŞ-dakı erməni diasporunun dəstəyini almaq vacibdir. Diaspor kifayət qədər geniş və nüfuzludur. Pelosinin İrəvana səfərinin mediada geniş işıqlandırılması acaq ki, bu da onun tanınmasını və tərəfdarlarının dəstəyini xeyli artırır”.
Bu sözləri AzVision.az-a rusiyali politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib. O bildirib ki, Pelosinin İrəvan səfərinin siyasi əhəmiyyəti də var, çünki Ermənistan hakimiyyəti bu minvalla ABŞ-la əməkdaşlığa və Rusiyadan üz döndərməyə hazır olduğunu göstərir.

“Bu səfər həm də Rusiyanın Azərbaycanla münaqişədə Ermənistanı dəstəkləməməsi ilə bağlıdır. Ona görə də, Ermənistanda KTMT-dən çıxmaq barədə danışmağa başlayıblar, anti-Rusiya əhval-ruhiyyəsi kəskin şəkildə artıb, hətta Vladimir Putinin plakatlarını yığışdırıb, onların yerinə Nensi Pelosinin portretlərini asıblar. Bu, Ermənistanın Rusiyadan qisas almaq üçün Qərblə əməkdaşlığa hazır olduğunu deməyə əsas verir”,- rusiyalı politoloq bildirib.
Harrisə Pelosinin girovu rolu hazırlanıb?

Qrevtsovanın fikrincə, indi sülh sazişi üzərində iş üzrə əldə edilmiş razılaşmalar bir kənara qoyulacaq: “ABŞ Azərbaycanı “işğalçı” adlandıraraq, açıq-aşkar anti-Azərbaycan mövqeyi tutdu. Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə həyata keçirilən bütün razılaşmalar heç bir effekt verməyəcək, çünki İrəvan Qarabağın qaytarılmasında ABŞ-ın köməyinə arxalanacaq. Amma bildiyimiz kimi, ABŞ-ın məqsədi Ermənistanın Qarabağla bağlı marağını təmin etmək deyil, həmin ölkədə ukraynasayağı “demokratiya” yaratmaq və Rusiyaya qarşı qoymaqdır. Yeri gəlmişkən, Pelosinin İrəvana səfərinin əsas məqsədlərindən biri də budur”.

Seymur Məmmədov
AzVision.az



Teqlər: Pelosi   Ermənistan   ABŞ  





Xəbər lenti