"Mətbuat Şurasına 15 minə yaxın şikayət daxil olub" - Əflatun Amaşov

   "Mətbuat Şurasına 15 minə yaxın şikayət daxil olub" -    Əflatun Amaşov
  24 Sentyabr 2022    Oxunub:630
"Azərbaycan Jurnalistlərinin VII qurultayından bu yana Mətbuat Şurasına 1615 şikayət daxil olub".
AzVision.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VIII qurultayında hesabat təqdim edərkən deyib. Onun sözlərinə görə, ilkin mərhələdə baxılan 1615 məsələdən 963-si Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub:

Əflatun Amaşov qeyd edib ki, Mətbuat Şurası yaranandan bəri quruma ümumilikdə 15 minə yaxın şikayət daxil olub:

"Bu müddətdə Şurada baxılan şikayətlərin 70 faizi məhkəmə predmeti mahiyyəti daşıyıb. Kütləvi informasiya vasitələrinin məhkəməyə verilməsi hallarının ildən-ilə azalması da fikrimin təsdiqi sayıla bilər".

AzVision.az



Teqlər:





Xəbər lenti