Zakir Həsənov: "İstənilən təxribatın qarşısı dərhal alınmalıdır"

      Zakir Həsənov:    "İstənilən təxribatın qarşısı dərhal alınmalıdır"
  24 Sentyabr 2022    Oxunub:817
Azərbaycan Ordusunda şəxsi heyətin sayıqlığının artırılması və Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribatının qarşısı bundan sonra da dərhal və qətiyyətlə alınmalıdır.
AzVision.az xəbər verir ki, bu barədə nazir Zakir Həsənov sentyabrın 24-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə deyib.

General-polkovnik Z.Həsənov bölmələrdə qışa hazırlıq işlərinin plana əsasən yekunlaşdırılması, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların çatdırılması barədə aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.

AzVision.az



Teqlər:





Xəbər lenti