Valideynlərini itirmiş 29 ukraynalı uşaq Azərbaycana gətirilib

   Valideynlərini itirmiş 29 ukraynalı uşaq Azərbaycana gətirilib
  24 Sentyabr 2022    Oxunub:768
Ukraynadakı vəziyyətlə əlaqədar valideynlərindən birini itirmiş daha 29 ukraynalı uşaq Azərbaycana gətirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az -a verilən məlumata görə, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn 29 azyaşlı uşaq düşərgələrinə yerləşdiriləcək.

Uşaqlar Bakı və Qəbələ şəhərlərində təşkil olunan 15 günlük düşərgədə sosial reabilitasiya keçəcəklər. Düşərgə müddətində onlar mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaqlar.



Peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, ustad dərsləri vasitəsi ilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.

Düşərgə iştirakçıları ingilis dili kursları vasitəsilə dil biliklərinin artırılması imkanı da əldə edəcəklər.

Bu müddət ərzində uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə tarixi yerlərə, həmçinin muzeylərə ekskursiyalar təşkil olunacaq, müxtəlif mövzuda komanda işləri görüləcək.













AzVision.az



Teqlər:





Xəbər lenti