Polis əməliyyat keçirdi - 40 nəfər saxlanıldı

Polis əməliyyat keçirdi -    40 nəfər saxlanıldı
  24 Sentyabr 2022    Oxunub:728
Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, ərazi şöbə və bölmələri ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 40 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, qanunsuz dövriyyədən 6 kiloqramdan artıq güclü təsiredici narkotik maddə heroin aşkar olunaraq gotürülüb.

Bu şəxslərdən biri- Oruc Həsənovdan 5 kiloqramdan artıq heroin aşkar edilib.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti