İtkin düşən məktəbli tapıldı

İtkin düşən məktəbli tapıldı
  24 Sentyabr 2022    Oxunub:862
Lənkəranda itkin düşən qız tapılıb.
AzVision.az -ın məlumatına görə, 2006-cı ildə anadan olmuş Şahnaz Elşad qızı Hüseynova şəhər ərazisində aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin yeniyetmənin itkin düşməsi ilə bağlı ötən gün axşam saatlarında polisə müraciət daxil olub. Məktəblinin tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib və bu gün günorta saatlarında tapılaraq ailəsinə təhvil verilib

Qeyd edək ki, ötən gün 11-ci sinif şagirdi səhər evdən çıxaraq məktəbə gedib. Saat 12:30 radələrində məktəbdən çıxan qız evə getməyib. Bir neçə saat keçəndən sonra onun evə qayıtmadığını görən valideynlər axtarışa başlayaraq aidiyyəti üzrə müraciət ediblər.

AzVision.az



Teqlər: İtkin  





Xəbər lenti