Hulusi Akar Türkiyənin Azərbaycana daimi dəstəyini ifadə edib

General-polkovnik Z.Həsənov həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli tədbirlərdən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində aparılan işlər barədə ətraflı məlumatlandırıb.
Telefon danışığı zamanı həmçinin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.
AzVision.az