AzVision.az xəbər verir ki, Komitə tərəfindən “Erkən nikah valideyni cinayətkar edir!”, “Müdafiəsiz uşaqlarının səsi ol. Qaynar xəttə zəng et! 116-111”, “Uşaqlarımız üçün üç hə – Sevgi! Anlayış! Qayğı!”, “Uşaqlara qarşı zorakılıqla mübarizə aparaq! Qaynar xəttə zəng et! 116-111”, “Kiber zorakılığa son!”,“Kiber cinayət də cinayətdir!”, “Övladının problemlərini dinlə! İntihardan qoru!” və “Uşaq əməyinə - yox! Xoşbəxt uşaqlığa – hə!” mövzusunda elektron poster və stikerlər tərtib edilib.
Hazırlanan materiallar əhalinin sıx toplaşdığı ictimai məkanlarda nümayiş etdiriləcək.
Komitə təbliğat kampaniyasının əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırıb.
AzVision.az