Ukrayna Rusiyanın ələ keçirdiyi əraziləri Azərbaycan vasitəsilə tərk etməyin qaydasını paylaşdı

   Ukrayna Rusiyanın ələ keçirdiyi əraziləri Azərbaycan vasitəsilə tərk etməyin qaydasını paylaşdı
  25 Sentyabr 2022    Oxunub:816
Ukraynanın Xarici İşlər Naziriyi vətəndaşlarına Rusiya hərbçiləri tərəfindən ələ keçirilmiş ərazisini Azərbaycan, Gürcüstan və ya Qazaxıstan vasitəsilə tərk etmək barədə izahat xarakterli məlumat yayıb.
Bu barədə AzVision.az Ukrayna Xarici İşlər Nazirliyi nin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, həyat və sağlamlıq üçün təhlükə olduğuna görə, bu gün Krımda və ya digər müvəqqəti ərazilərdə qalmaq təhlükəlidir.

Ukrayna XİN xarici ölkələrə giriş və tranzit rejiminin aktuallığını yoxlamaq, xüsusən onların ərazisində olma şərtlərini öyrənmək üçün nazirliyin interaktiv xəritəsinə müraciət etməyin kifayət oduğunu bildirib.







AzVision.az


Teqlər:





Xəbər lenti