Dağıstanda səfərbərliyə qarşı etirazlar başlayıb: Havaya atəş açılıb + VİDEO

      Dağıstanda səfərbərliyə qarşı etirazlar başlayıb:    Havaya atəş açılıb +   VİDEO
  25 Sentyabr 2022    Oxunub:797
Dağıstan Respublikasının yaşayış məntəqələrində qismən səfərbərliyə qarşı etiraz aksiyaları başlayıb. Bu barədə yerli mətbuat xəbər verir.
Bir çox yerlərdə əvvəlcədən elan edilmiş aksiyalar keçirilir. Respublikanın paytaxtı Mahaçqalada genişmiqyaslı mitinq elan edilib. Aksiya üçün toplaşma saat 15:00-dan 16:00-a təyin edilib. Etirazçılar aksiyalarını Telegram vasitəsilə əlaqələndirirlər.

Fəallar müxtəlif rayonlarda kiçik qruplarda iştirak etmək, daha sonra isə birləşərək “Müharibəyə yox, səfərbərliyə yox” şüarları səsləndirərək şəhərin mərkəzi küçələrini doldurmaq niyyətindədirlər.

Təşkilatçılar da aksiyanı gecə saatlarınadək davam etdirmək niyyətində olduqlarını bəyan edirlər, ona görə də etirazçılardan əvvəlcədən yemək hazırlamaq, powerbank doldurmaq və rahat geyimdə aksiyaya çıxmaq istənilib.







Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti