Mətbuat Şurası məlumat yaydı

"Məsələ müzakirəyə çıxarılarkən bildirilib ki, N.Niftiyev VIII qurultayda jurnalistlərin namizədi kimi İdarə Heyətinə seçilib. İH üzvü seçilmiş Əflatun Amaşov "Xalq qəzeti"nin baş redaktoru təyin edildiyindən, həmçinin uzun illər MŞ-yə jurnalistlərdən olan namizəd kimi rəhbərlik etdiyindən, onun jurnalist nümayəndələrin sırasına daxil olunması qərara alınıb.
MŞ İdarə Heyəti ictimaiyyət nümayəndələrindən ən çox səs toplamış növbəti namizəd - Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yeganə Hacıyevanın İdarə Heyətinin tərkibinə daxil edilməsi barədə qərar qəbul edib" , - deyə məlumatda qeyd olunub.
AzVision.az
Teqlər: