İki gəmi toqquşdu: 12 nəfər itdi

İki gəmi toqquşdu: 12 nəfər itdi
  05 May 2014    Oxunub:1017
Honkonq yaxınlığında iki yük gəmisi toqquşub.

Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Hadisə nəticəsində gəmilərdən biri batıb, 12 ekipaj üzvü yoxa çıxıb. Gəmilər səhər saatlarında Putay adasında toqquşub. Hadisə yerində xilasetmə işləri aparılır. Hüquq-mühafizə orqanları əməkdaşları hadisənin baş vermə səbəblərini araşdırırlar.

Qeyd edək ki, Honkonq yaxınlığında dəniz nəqliyyatının hərəkəti olduqca sıxdır. Burada gün ərzində irili-xırdalı yüzlər gəmi keçir.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:





Xəbər lenti