Azərbaycanda fotoqraf vəfat etdi

   Azərbaycanda fotoqraf vəfat etdi
  26 Sentyabr 2022    Oxunub:852
Tanınmış fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Şamil Asimoğlu (Talıbov) vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə onun həmkarları sosial şəbəkədə məlumat yayıblar. O, ötən gün dünyasını dəyişib. 36 yaşlı fotoqrafın ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Ş.Asimoğlu peşəkar fotoqraf kimi bir sıra qurumlarda çalışıb və müxtəlif foto müsabiqələrinin qalibi olub.

AzVision.az


Teqlər:





Xəbər lenti