Bu il 100 təcili tibbi yardım avtomobili alınacaq

   Bu il 100 təcili tibbi yardım avtomobili alınacaq
  26 Sentyabr 2022    Oxunub:1022
Bu il daha 100 təcili tibbi yardım avtomobilinin alınması nəzərdə tutulur.
Bu barədə AzVision.az -a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, avtomobillərdən 15-i perinatal təyinatlıdır və yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün tibbi avadanlıq və küvəz aparatları ilə təchiz olunublar.

Hazırda istifadədə olan avtomobillərin tibbi avadanlıqla təchizatının yaxşılaşdırılması istiqamətində də davamlı işlər həyata keçirilir.

Xatırladaq ki, 2020-ci ildə tibb müəssisələri 184, 2021-ci ildə isə 65 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti