Xatırladaq ki, “Bookmate” elektron kitabxanası Azərbaycan, rus, ingilis dili ilə yanaşı, daha 13 dildə milyonlarla kitabı elektron formatda əldə etmək imkanını yaradır. Bu tətbiq vasitəsilə məkandan və cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə kitabları həm oxumaq, həm də dinləmək mümkündür. Dünyanın top 10 dilöyrənmə platformaları sırasında olan “Busuu” proqramı real vaxt rejimində xarici dilin öyrənilməsini əlçatan edir. Qeyd edək ki, hər iki tətbiqə müxtəlif platformalar: Azercell-in rəsmi saytı, “Kabinetim” tətbiqi, “ABB Mobile” və “Umico” mobil əlavələri üzərindən qoşulmaq olar.
Azercell şirkəti özünün “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strategiyasına əsaslanaraq fərqli rəqəmsal həllərin abunəçiləri üçün daha əlçatan olmasına çalışaraq, bu istiqamətdə yeni təkliflərini davam etdirəcək.