Azərbaycan İrəvandakı “Uşaq Avroviziyası”nda iştirak etməyəcək
![Azərbaycan İrəvandakı “Uşaq Avroviziyası”nda iştirak etməyəcək
Azərbaycan İrəvandakı “Uşaq Avroviziyası”nda iştirak etməyəcək](https://azvision.az/photos/2022/09/cfgvcb-1664197669.jpg)
Ermənistan İctimai televiziyasının məlumatına görə, dekabrın 11-də İrəvənda baş tutacaq müsabiqədə 16 ölkə iştirak edəcək: Albaniya, İrlandiya, İtaliya, İspaniya, Polşa, Ermənistan, Şimali Makedoniya, Qazaxıstan, Malta, Niderland, Portuqaliya, Serbiya, Ukrayna, Birləşmiş Krallıq, Gürcüstan, Fransa.
Qeyd edək ki, ötən il Parisdə baş tutmuş “Uşaq Avroviziyası-2021”də Ermənistan təmsilçisi Malena “Qami, qami” mahnısı ilə qalib olmuşdu. Azərbaycan təmsilçisi Sona Əzizova 5-ci yerdə qərarlaşmışdı.
AzVision.az
Teqlər: