Xüsusi xidmət orqanlarının rəhbərləri Moskvaya gedəcək

Məlumata görə, sentyabrın 30-da MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərlərinin XVIII müşavirəsi baş tutacaq.
Toplantıda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan və Rusiya nümayəndələri iştirak edəcək.
İclasdan əvvəl-sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putin MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərləri ilə videokonfrans formatında müşavirə keçirəcək.
AzVision.az
Teqlər: