“Daşıyıcı şirkətlərə ayrılmış 7,5 milyon “Bakubus”a verilib"

"İctimai" televiziyada çıxış edən BNA rəsmisi Bakı şəhərində sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlərə ayrılmış vəsaitin hansı səbəbdən onlara ödənilməməsi ilə bağlı fikir bildirməyib. O, 7.5 milyon manatın “Bakubus”a pandemiyanın nəticələrinin aradan qaldırılması ilə bağlı verildiyini qeyd edib.
Qeyd edək ki, özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə müraciət edərək 2020-ci ildə pandemiya ilə əlaqədar sənişindaşımaya dəstək məqsədilə dövlətin ayırdığı vəsaitin onlara verilmədiyini bildiriblər. həmin dövrdə “Bakubus” MMC Bakı Nəqliyyat Agentliyinin tərkibində fəaliyyət göstərib.
Onu da əlavə edək ki, Nazirlər Kabinetinin müvafiq qərarında 7,5 milyon manatın BNA vasitəsilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə ödənilməsi tapşırılıb. Lakin vəsaitin hamısı BNA həmin vaxt öz tərkibində olan “Bakubus” MMC-yə köçürüb.
AzVision.az
Teqlər: