Bu gün xatirəsi yad edilən şəhidlərimizdən biri də 19 yaşlı Nəcəfov Yusif Nadir oğludur.
AzVision.az -a danışan şəhid anası Flora Nəcəfova o günləri belə xatırlayır:
“Onun ölümündən bir gün öncə mənə xəbər gəldi ki, Yusif yaralanıb. Kəlbəcərdə yaralanmışdı. 10 gün hospitalda müalicə aldı. Lakin qala bilmirdi. 10 gündən sonra Yusif yenidən döyüşə qatıldı, çünki əsgər yoldaşlarının yanına getməyə, onlarla birgə vuruşmağa tələsirdi”.
Yusif yenidən döyüşə qatıldığı elə ilk gün, oktyabrın 13-ü şəhid olur. 10 ayın əsgəri oktyabrın 14-ü isə torpağa tapşırılır. Həmin günü Yusifin 19 yaşı tamam olacaqdı.
Flora ana oğlunun şəhid adını almasının onun üçün fəxr olduğunu bildirib:
“Mənim üçün Yusif haqqında danışmaq çox çətindir. O, bizim fəxrimizdir”.


Şəms Şahinli
AzVision.az