Baş Qərargah rəisi Gürcüstana gedib

   Baş Qərargah rəisi Gürcüstana gedib
  28 Sentyabr 2022    Oxunub:776
Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti