Kiyev ətrafında blokpostlar yaradılır

Kiyev ətrafında blokpostlar yaradılır
  05 May 2014    Oxunub:1140
Ukraynanın paytaxtı Kiyev ətrafında təxribatların qarşısının alınması məqsədilə blokpostlar yaradılıb.

AzVision.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidenti, Ali Radanın sədri Aleksandr Turçinov “5-ci kanal”a müsahibəsində bildirib.

“Bizim paytaxtımızın ətrafında blokpostlar yaradılıb. Biz mayın 9-da təxribatların olacağını gözləyirik”. – Turçinov vurğulayıb.
O həmçinin vurğulayıb ki, təxribatlar paytaxtla yanaşı digər regionlarda ola bilər: “Bununla bağlı ölkənin bütün regionlarında da diqqətli olmaq lazımdır. Çünki faktiki olaraq bizə qarşı müharibə aparılır və biz təcavüzü əks etdirməyə hazır olmalıyıq”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti