Lənkəranda axundu ibadət zamanı bıçaqladılar

   Lənkəranda axundu ibadət zamanı bıçaqladılar
  29 Sentyabr 2022    Oxunub:696
Lənkəranda axund bıçaqlanıb.

Hadisə rayonun Lüvəsər kənd məscidində baş verib. Kəndin axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev sübh namazı qılarkən, həmin kəndin sakini Çingiz Əlizadə ona çoxsaylı bıçaq zərbələri endirib. İlkin ehtimala görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti