Qazaxıstanda İlk Prezident Günü bayramlar siyahısından çıxarılıb

Yeni qanuna əsasən, dekabrın 1-də qeyd olunan İlk Prezident Günü dövlət bayramları siyahısından çıxarılıb. Eyni zamanda, oktyabrın 25-i Qazaxıstanda Respublika Günü milli bayram, dekabrın 16-sı isə Müstəqillik Günü isə dövlət bayramı kimi qeyd ediləcək.
Qazaxıstanda İlk Prezident Günü dövlət bayramları siyahısına 2011-ci ildə daxil edilmişdi. Belə ki, 1991-ci il dekabrın 1-də Nursultan Nazarbayev Qazaxıstanın ilk prezidenti seçilmişdi. Oktyabrın 25-də qeyd olunan Respublika Günü 2009-cu ildə bayramlar siyahısından çıxarılmışdı.
AzVision.az
Teqlər: