DİN: 17 yaşlı qızın zorla ərə verilməsi təsdiqlənib

      DİN:    17 yaşlı qızın zorla ərə verilməsi təsdiqlənib
  29 Sentyabr 2022    Oxunub:672
Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar təsdiqini tapıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev xəbər verib.

Qurum rəsmisi bildirib ki, iddialar nəzarətə götürülməklə araşdırılıb. Məcburi olaraq öz qohumu ilə ailə qurmağa vadar edilən A.A. polis əməkdaşları tərəfindən müvafiq sığınacağa yerləşdirilib. Qarşı tərəf dəvət olunub, dinlənilib, izahatları alınıb. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti