`Washington Post`: `Azərbaycanın futbol imici yüksəlir`

`Washington Post`: `Azərbaycanın futbol imici yüksəlir`
  05 May 2014    Oxunub:1468
“Atletiko Madrid”in Çempionlar Ligasının finalına yüksəlməsi Avropanın futbol meydanlarında yeni bir oyunçunun peyda olunması deməkdir. Atletiko üzərində “Azerbaijan. Land of Fire” yazısı həkk olunan forma geyinir və bu, tərəflər arasında imzalanan sponsorluq müqaviləsinə əsasən baş verir”.

Bu sözlər ABŞ-ın məşhur “Vaşinqton Post” qəzetində dərc olunmuş “Atletikonun yüksəlişi Azərbaycanın futbol imicininə müsbət təsir edir” adlı yazıdandır. Yazının orijinalını BURADAN oxumaq olar.

Məqalədə o da deyilir ki, `SOCAR` yazısı 2016-cı Avropa çempionatı və 2018-ci Dünya çempionatının seçmə turniri zamanı reklam bannerlərin üzərində olacaq. Qatarın təcrübəsinə əsaslanaraq, Azərbaycan futbol sahəsində etdiyi investisiyalar vasitəsilə öz ölkəni tanıtmaq və imicini yüksəltmək niyyətindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti