Tərtərdə iki nəfər minaya düşüb - YENİLƏNİB

Bildirilib ki, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu xəsarət alıb. Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən, ayaqları amputasiya edilib.
"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
***
Tərtərdə iki nəfər rayon sakini – 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu Səhləbad kəndində minaya düşüb.
AzVision.az xəbər verir ki, hadisə rayonun Üçüncü sovxoz adlanan ərazisində baş verib.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onların ayaqlarının amputasiya edildiyi bildirilir.
Xatırladaq ki, ötən gün Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə üç nəfər minaya düşüb, ikisi həlak olub.
AzVision.az
Teqlər: Mina