DİN Qubada əməliyyat keçirib

DİN Qubada əməliyyat keçirib
  01 Oktyabr 2022    Oxunub:496
Qubada qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 9 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri Nazim Əzizov, Təyyar Mirzəyev, Elçin Əliyev və Xaçmaz rayon sakini Mehdi Bayramov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə baxış keçirilən zaman ümumi çəkisi 2 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Cəmil Abdullayev, Ruslan Əliyev, Bilal Muradov, Taleh Atakişiyev, və Firdovsi Şirinov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb.
AzVision.az

Teqlər:







Xəbər lenti