Amerikalı senator Sabirin nəticəsinin müraciətini cavablandırıb

   Amerikalı senator Sabirin nəticəsinin müraciətini cavablandırıb
  01 Oktyabr 2022    Oxunub:735
ABŞ senatoru Tim Keyn Azərbaycan icmasının fəal üzvü Türkan Tahirlinin Ermənistanın son hərbi təxribatları ilə bağlı müraciətinə cavab verib.
Bu Barədə AzVision.az -a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Senator məktubunda bildirib ki, bu il Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib. İki ölkənin xalqlarının uzun illər ərzində məhsuldar əlaqələri paylaşdığına, ABŞ-la Azərbaycan arasında sıx ikitərəfli iqtisadi əlaqələrin mövcud olduğuna, Kosovo, İraq və Əfqanıstandakı beynəlxalq sülhyaratma əməliyyatlarında tərəfdaşlıq etdiyinə və Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi sahəsində birgə əməkdaşlığına diqqət cəlb edilib.

“Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olaraq sizin fikirlərinizi nəzərə alacağam və ABŞ-la Azərbaycan arasındakı mühüm əlaqələri dəstəkləməkdə davam edəcəyəm”, - T.Keyn bildirib.

Qeyd edək ki, Türkan Tahirli Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin nəticəsi, tanınmış jurnalist Gündüz Tahirlinin qızıdır. 2014-cü ildən ailəsi ilə birlikdə ABŞ-da yaşayır. O, Virciniya ştatındakı Corc Meyson Universitetinin məzunudur. Bu ilin avqustunda Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti