Sumqayıt Kimya Sənaye Parkı istehsalı və ixracı genişləndirəcək

 Sumqayıt Kimya Sənaye Parkı istehsalı və ixracı genişləndirəcək
  01 Oktyabr 2022    Oxunub:347
Sumqayıt Kimya Sənaye Parkında istehsalın və ixracın genişləndirilməsi imkanları müzakirə olunub.
AzVision.az xəbər verir ki, İqtisadiyyat Nazirliyiinin rəhbər vəzifəli şəxsləri Sumqayıt Kimya Sənaye Parkında (SKSP) olublar.

Nazirlik əməkdaşları Sənaye Parkının fəaliyyəti, bir sıra müəssisələrdə istehsal prosesi ilə yerində tanış olub, biznes subyektlərinin dəstəklənməsi, yeni istehsal sahələrinin yaradılması, yüksək keyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsalının, ixrac coğrafiyasının genişləndirilməsi barədə müəssisələrin rəhbərləri və mütəxəssisləri ilə müzakirələr aparıblar.

AzVision.az




Teqlər: Sumqayıt   Kimya-və-Cənaye-Parkı  







Xəbər lenti