İrəvanın Moskvaya qarşı KTMT şantajı

    İrəvanın Moskvaya qarşı KTMT şantajı
  03 Oktyabr 2022    Oxunub:1643
Ermənistan cəmiyyətində revanşist qüvvələrin və Qərbdəki bəzi dairələrin qızışdırdıqları anti-Rusiya əvhal-ruhiyyəsi Moskva üçün təhlükəli konturlar almağa başlayıb. Ermənistan hakimiyyətinin, şəxsən baş nazir Nikol Paşinyanın son günlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT-nin) ünvanına səsləndirdiyi ittihamlar Rusiyanın öz “strateji müttəfiqindən” növbəti dəfə arxadan zərbə ala bilməsi ehtimalını artırır. Ermənistanda KTMT-dən çıxmaq barədə tələblərin və çağırışların intensivləşməsi bunun əyani sübutudur. Amma Moskvanın Ermənistanı öz nəzarətindən və KTMT-dən buraxacağı inandırıcı görünmür.
Ermənistanın KTMT-dən çıxmaq “həvəsi”nin səbəbləri

Azərbaycan ərazilərini işğal altında saxlayanda Ermənistan KTMT-yə və bu qurumun lideri olan Rusiyaya iradlar tutmurdu. Çünki KTMT-nin digər üzvlərinin, xüsusilə də Bealrus və Qazaxıstanın İrəvanın təcavüzkar siyasətinə neqativ münasibətinə bxamayaraq, Moskvanın öz “strateji müttəfiqi”ni su qiymətinə, bir sıra hallarda isə müftə-müsəlləf silahlandırması Ermənistana qurumda qalmaq üçün tam sərf edirdi.

Bununla belə, hələ 2013-cü ilin avqustunda Azərbaycanla Rusiya arsında silah alqı-satqısı üzrə 4 milyard dollar həcmində müqavilənin bağlanması rəsmi İrəvanı xeyli “qəzəbləndirdi”.
Lakin Moskvanın öz vassalına ona daxili qiymətlərlə və yaxud da pulsuz ötürdüyü hərbi arsenalı, Azrəbaycanın isə nağd pulla silah aldığını xatırlatması Ermənistanın köpünü aldı.
KTMT üzrə müttəfiqlərinə, ilk növbədə isə Rusiyanın ünvanına iradlar və ittihamlar 2016-cı ilin aprel döyüşlərində Azərbaycanın hərbi qələbəsindən sonra daha da ciddiləşdi. Ermənistanın o vaxtkı Rusiya yönümlü hakimiyyəti Minskin və Moskvanın Azərbaycanla hərbi-texniki əməkdaşlğı genişləndirməsindən və ona böyük məbləğdə silah satmasından öz narazılığını bildirdi. Sözsüz ki, əsas günah “strateji müttəfiq” kimi Rusiyanın üzərinə qoyuldu. Azərbaycanın regiondakı əhəmiyyətini və Bakıya müasir silahlar satmaq istəyənlərin, obrazlı desək, növbəyə durduğunu yaxşı dərk edən Rusiya ümumi sözlərdən ibarət bəyanatlarla İrəvanın narahatlığını sovuşdurdu.





2018-ci ildə Qərbin və Soros fondunun ssenarisi və xeyir-duası ilə Ermənistanın rəhbəri kreslosuna əyləşdirilən anti-Rusiya əhval-ruhiyyəli Nikol Paşinyanın onun əvvəlki ictimai-siyasi fəaliyyəti dövründə Moskvanın ünvanına sərt bəyanatlar siyasətini davam etdirməsi Azərbaycanla hərbi-texniki əməkdaşlıq sahəsində Rusiya və Belarusun əl-qolunu tam açdı. Qərbdəki havadarlarının təhriki və təkidi ilə Paşinyanın özünün Moskvanın, hətta şəxsən Rusiya prezidenti Vladimir Putinin əleyhinə səsləndirdiyi ittihamlar, habelə əl altından qızışdırdığı anti-Rusiya əhval ruhiyyəsi artdıqca, Kremli Ermənistanın naxələf çıxacağı əqidəsində möhkəmləndirir və onun Cənubi Qafqazla bağlı geosiyasi baxışlarında ciddi transformasiya gedirdi.

İkinci Qarabağ müharibəsində 33 illik fasilədən sonra nəhayət ki, Moskvanın beynəlxalq hüquqa söykənən mövqe sərgiləməsi, təcavüzkar Ermənistanın KTMT-nin və Rusiyanın Azərbaycana qarşı müharibəyə çağırışlarına müsbət reaksiya verməməsi İrəvanın sarsıdıcı məğlubiyyətini şərtləndirən amillərdən biri oldu.

Müharibə və postmünaqişə dövrünün reallıqları

İkinci Qarabağ müharibəsində Kollektiv KTMT-ni Azərbaycan ərazisində gedən müharibəyə cəlb etmək cəhdləri puça çıxdıqdan sonra təcavüskar siyasətinin iflası ilə razılaşmayaq istəməyən İrəvan və ölkədəki reavanşist qüvvələr postmünaqişə dövründə dövlət sərhəddində hərbi təxribatlar, (bu ilin 12-13 sentyabrına yaşanan hərbi toqquşma xüsusən şiddətli olub) törədərək, bu dəfə rəsmi Bakının Ermənistanın ərazi bütövlüyünü pozduğu barədə bəyanatlar tirajlamağ başladılr. Əsas iddia isə, KTMT-nin Azərbaycana nəhayət ki, cavab verməsi tələbi idi. İrəvanın hərbi dəstək üçün KTMT-yə müraciəti bu dəfə də təmin edilmədi. KTMT Şurası, vəziyyətin daha dəqiq öyrənilməsi üçün qurumun Baş katibi, general Stanislav Sazın rəhbərliyi altında regiona missiya göndərməyə qərar verdi. Həmin missiyanın araşdırmaları nəticəsində Ermənistanın müraciəti KTMT tərəfindən dəstəklənmədi.




Ermənistana qahmar çıxanlar və onu “şirnikləndirən”lər

Amma Avropada və okeanın o tayında Ermənistanın növbəti yalanalarını tanıyan və onları həqiqət kimi qələmə verməyə çalışan siyasətbazlar tapıldı. Sentyabrın 17-də İrəvana səfərə gələn ABŞ Konqresinin Nümayəndələr palatasının sədri Nensi Pelosi

- Ermənistanın ərazisinə və suverenliyinə hücum baş verib. Azərbaycanın Ermənistan ərazisinə ölüm saçan zərbələrini biz Konqress adından pisləyirik , - bəyanatını verdi

Analoji ruhda çıxış edən Fransa prezidenti Emmanuil Makron isə Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması təşəbbüşünü irəli sürdü. Bunun ardınca Ermənistanı silahlandırmaq barədə İrəvana konkret təkilflərin də edildiyi xəbəri yayıldı. Amerikanın erməni milli komitəsinin məlumatıan görə, Konqresin hər iki palatasının təziyiqi ilə ABŞ hökuməti Ermənistana silah satışı imkanını nəzərdən keçirir. Bəzi mənbələr Amerikanın Ermənistana sata biləcəyi silahın dəyərinin ildə 400 milyon dollar təşkil edəcəyini bildirirlər. Bu iddia rəsmi qaydada təsdiqlənməsə də, Vaşinqtonun əvvəllər də silah satışı barədə Ermənistana siqnallar ötürməsi məsələnin ciddiləşdiyindən xəbər verir.

Hələ 2018-ci ilin oktyabrında Ermənistana rəsmi səfəri zamanı ABŞ preizdentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton maraqlı bəyanat səsləndirmişdi.

“Münaqişəyə görə Azərbycan və Ermənistana silah satışı baxımından bizdə Konqresin Birləşmiş Ştatlara qoyduğu məhdudiyyələr var. Amma istisnalar mövcuddur. Əgər söhbət ya rus, ya da ki, amerika silahının alınmasından gedirsə, biz sonuncuya üstünlük verərdik. Biz hesab edirik ki, istənilən halda bizim texnikamız rus texnikasından yaxşıdır. Buna görə də, biz belə imkanı nəzərdən keçirmək istəyirirk. Düşnürəm ki, tamamilə bir böyük dövlətdən asılı olmayanda bu, Ermənistanın imkanlarını artırır” – Con Bolton vurğulamışdı.

Bu ilin iyulunda ABŞ-ın Mərkəzi kəşfiyyat idarəsinin (MKİ-nin) direktoru Uilyam Bernsin gözlənilmədən İrəvana gəlməsi və məhz sentyabrın 12-13-də erməni silahlı qüvvələrinin təxribatı ərəfəsində Ermənistanın Müdafiə naziri Suren Papikyanın ABŞ-a səfər edərək, orada hərbi və dipolmatik qurumların nümayəndələri ilə görüşməsi, bu bəyanatların gəlişi gözəl sözlər olmadığını sübuta yetirir. Yeri gəlmişkən, bu, son 10 ildə Ermənistan Müdafiə nazirinin ABŞ-a ilk səfəri idi.

Təsadüfi deyil ki, məhz Moskvanın Ukraynada üzləşdiyi çətinliklər fonunda Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi körüklənir və öz öhdəliklərinə sadiq qalmayan KTMT-dən çıxmaq çağırışları edilir. Bu müstəvidə nəinki revanşistlər, hətta əvvəlki ruspərəst hakimiyyətin təmsilçiləri də Moskvaya qarşı şantaj siyasətində böyük canfəşnalıq nümayiş etdirirlər. Təxminən 10 gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə təmsil olunmayan və onun müttəfiqləri adlandırılan siyasi qüvvələrlə görüşündə ölkənin yubanmadan KTMT-dən çıxmasını təklif edənlərdən biri məhz əvvəlki hakim “Respublika” partiyasının sədri Aram Sarqsyan olub. Bu partiyanın əvvəlki sədri və Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın uzun illər boyu Rusiyaya mütiliyinin indi Kremlə qarşı KTMT şantajına transformasiyası bir çox pərdəarxası məqamlardan xəbər verir.



İstəməklə edə bilmək arasında fərq böyükdür

Yeni potensial ağalarının şirnikləndirici vədlərini Moskvaya qarşı hərbi-siyasi şantaj alətinə çevirməyə can atan Ermənistan sentyabrın 26-dan oktyabrın 8-dək KTMT-nin Qazaxıstanda keçirilən təlimlərinə qatılmadı. Bəhanə kimi Azərbaycanla sərhəddə yaşanmış toqquşma və bu kontekstdə Ermənistanın silahlı qüvvələrinin qarşısında qoyulan vəzifələrin icrası problemi göstərildi.

Lakin Ukraynada başı qarışsa da, Cənubi Qafqazda Azərbaycan-Türkiyə-Rusiya üçbucağının yaratdığı yeni geosiyasi konfiqurasiyanın dağıdılması cəhdlərini gözdən qoymayan Moskvanın belə “səbəb”lərə inandığını düşünmək sadəlöhvlük olardı. Vassalı olan Ermənistanı KTMT-dən və ümumiyyətlə öz tabeliyindən asanlıqla buraxacağına da o cümlədən.

Əvvəla, Ermənistanın KTMT-dən çıxması məntiqi baxımdan sonradan Rusiya hərbi bazasıının buranı tərk etməsi tələbini gündəmə gətirəcək. Amma məsələ bununla yekunlaşmayacaq. Hadisələrin belə gedişi Ermənistanın NATO-ya daxil olması perspektivini şərtləndirə bilər ki, bu da nəinki Moskvanın Cənubi Qafqazda hərbi iştirakının antaqonist hərbi-siyasi blokla əvəzlənməsi, həm də Rusiyanın cənub cinahının düşmən qüvvələrin yuvasına çevrilməsi deməkdir. Ötən əsrin 90-cı illərində Şimali Qafqazda ağır hərbi sınaqlarla üzləşmiş Rusiya üçün bu ölümə bərabər bir təhülkədir.
Ermənistanın Şimali Atlantika alyansında üzvlüyü məsələsi bir çoxlarına ilk baxışdan inanılmaz görünsə də, tarixi faktlar NATO-nun buna böyük həvəslə gedəcəyinə şübhə yeri qoymur. Əslində 104 il əvvəl məhz Qərbin projesi kimi yaradılan Ermənistanın sonradan bolşevik Rusiyasının nəzarəti altına keçməsi ilə heç vaxt barışmaq istəməyən Vaşinqton, bu tarixi “ədalətsizliyi” aradan qaldırmağa, həm də Türkiyənin Kiçik Asiyada mövqeyini sarsıtmaqla Ankaranın ram edilməsinə çalışır.

İkincisi, uzun illər ərzində su qiymətinə və ya pay aldığı silahlar, habelə ucuz enerjidaşıyıcıları qarşılığında Ermənistan öz sənayesinin təxminən 80%-ni Rusiyanın dövlət və özəl şitkətlərinə güzəştə getmək məcburiytəində qalıb. Hazırda Ermənistanın energetika sahəsinin və dəmir yollarının tamamilə, nəqliyyat inrfastrukturunun digər sahələrinin isə əhəmiyyətli hissəsinin Rusiyanın nəzarətində olması İrəvanın Moskvaya qarşı şantaj silahını xeyli kütləşdirir. Çünki KTMT-dən çıxmaq məsələsi ciddiləşən kimi Moskva Ermənistana verdiyi qazın ödənişini dünya bazarlarındakı qiymətlərə müvafiq şəkildə tələb edəcək. Rusiya Ermənistan iqtisadiyyatındakı 80%-lik nəzarətdən də belə xoşluqla imtina edəcəyinə meylli olduğunu sərgiləmir.

Üçüncüsü, İrəvanın Moskvanı KTMT-dən çıxmaqla hədələməsi, Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çölə atılmasını da şərtləndirə bilər. Bu isə Ermənistanın AİB çərçivəsində gen-bol yararlandığı güzəştli gömrük tariflərindən və vergi preferensiyalarından məhrum olması deməkdir. Ağır hərbi məğlubiyyətə düçar olmuş Ermənistanın flic vəziyyətinə düşmüş iqisadiyyatının bu yükün altında duruş gətirməyəcəyi birmənalıdır.

Dördüncüsü və ən əsası, Rusiyanın Ermənitanın Gümrü şəhərində yerləşən hərbi bazasının taleyidir. Belə ki, İrəvanın KTMT-dən çıxmaq barədə qərarının məntiqi davamı Rusiyanın hərbi bazasının Ermənistanla vidalaşmasıdır. Lakin, 2010-cu ildə imzalanan ikitərəfli müqaviləyə əsasən, bu bazanın Ermənistanda dislokasiya müddəti 2044-cü ilə qədər uzadılıb və Moskvanın İrəvanı bu məngənədən xoşluqla buraxacağı sağlam məntiqə sığmır.




Beləliklə, Ermənstanın KTMT-dən və Moskvanın nəzarətindən çıxması, habelə rus hərbi bazası ilə vidalaşması barədə İrəvanın siyasi şantajı yalnız bir halda – Qərbin arzuladığı kimi – Rusiyanın 34 “knyazlığa” bölünməsindən sonra mümkün ola bilər.

İndi isə bu şantaj Moskvanı Cənubi Qafqazda öz geosiyasi prioritetlərini dəyişərək, Rusiyanın dövlət maraqlarını Ermənistanın təcavüzkar siyasətinə uzlaşdırmağa vadar etmək məqsədi daşıyır. Özü də bu məsələdə Ermənistan hakimiyəti də, müxalifəti də, revanşist qüvvələr də kiçicik bir fərqlə eyni mövqeən çıxış edərək, Moskvaya açıq-aşkar və ya üstüörtülü mesajlar ünvanlayırlar.

Bu baxımdan, Ermənistanın və onun Qərbdəki havadarlarının niyyətləri yox, Moskvanın, ilk növbədə isə Rusiyadakı Zatulinlərin, Milonovların, Aleksandrovların və digər ifrat ermənipərəst siyasətbazların susqunluğu çox maraqlıdır. Görünür Kremli daim Rusiyanın dövlət maraqlarını Ermənistanın təcavüzkar siyasətinin girovuna çevirməyə çağıran bu kəndirbazlar öz ölkələrinin həqiqətən də 34 “knyazlığa” parçalanmsı ideyasına cani-dildən şərikdirlər.

Sahil İsgəndərov, politoloq

AzVision.az



Teqlər: Ermənistan   KTMT  





Xəbər lenti