Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin 30-dan artıq mentorunun iştirakı ilə baş tutan proqram bir həftə davam edəcək. Məqsəd yerli texnoloji startapların inkişafının təşviqi, iştirakçılar üçün uğurlu texnoloji startap mərkəzlərində idarəetmə təcrübələrinin paylaşılmasıdır. Həmçinin layihənin inkişafı və bazara çıxarılma mərhələlərində gələcək texnoloji startaplara inkubasiya xidməti və praktiki yardımın göstərilməsi, texnoloji startaplar və potensial sahibkarlar üçün dəstək fəaliyyətlərin idarə edilməsi ilə bağlı məlumatlandırma əsas hədəflərdir.
Təlimlər Almaniyanın “Steinbeis GmbH & Co.KG” və yerli “Ekvita Consulting MMC şirkətlərinin ekspertləri tərəfindən aparılır.
Asiya İnkişaf Bankı tərəfindən 3 dekabr 2020-ci il tarixində təsdiqlənmiş Texniki Yardım Layihəsi qrant şəklində Koreya Respublikasının “e-Asiya” və “Bilik Tərəfdaşlığı” Fondu tərəfindən maliyyələşdirilir. Məqsəd regionlarda startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək, regional potensialı artırmaq istiqamətində əlverişli şəraiti gücləndirilmək, startapların inkişafı üçün yerli institusional strukturu təkmilləşdirmək və texnoloji bilik əsaslı tərəfdaşlıqları inkişaf etdirməkdir.




AzVision.az