Onkoloji xəstələrin və qazilərin yardımını oğurladı - VİDEO

Müəyyən edilib ki, Elçin Quluzadə əvvəlcə maddi yardım üçün sosial şəbəkələrdə müxtəlif profillərdə paylaşılan bank kartlarının nömrələrini və həmin şəxslərin əlaqə vasitələrini götürüb. Daha sonra o, saxta mobil kabinetlər yaradaraq hesablarda olan pulları tanımadığı digər şəxslərin və özünün virtual kartlarına köçürərək nağdlaşdırıb və bu yolla zərərçəkənlərə külli miqdarda ziyan vurub. Saxlanılan şəxsin xeyli sayda vətəndaşın pul vəsaitlərini informasiya texnologiyalarından istifadə etməklə ələ keçirdiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Elçin Quluzadə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
AzVision.az
Teqlər: