Azercell 4G sürətini yeni iPhone-larda sınamağa dəvət edir

Azercell 4G sürətini yeni iPhone-larda sınamağa dəvət edir
  03 Oktyabr 2022    Oxunub:328
Sentyabr ayının 30-dan etibarən ən yeni iPhone modelləri Azercell Eksklüziv mağazalarında təqdim olunur. Lider mobil operator Apple brendinin pərəstişkarlarını Azercell-in yüksəksürətli mobil internet xidmətlərindən yeni nəsil iPhone-larda yararlanmağa dəvət edir.
Şirkət Azercell Eksklüziv mağazalarından iPhone 14 və ya iPhone 14 Pro smartfonlarını əldə edən bütün müştərilərə 3 ay müddətində 50GB həcmində ödənişsiz mobil internet hədiyyə edir.
Azercell 9 mükafat qazandı!

Müasir texnologiyaları, istifadəçi rahatlığını və yüksək performansı bir araya gətirən yeni nəsil iPhone telefonlarının texniki xüsusiyyətləri və Azercell Eksklüziv mağazalarının ünvanları haqda ətraflı məlumat əldə etmək üçün bura keçid etməyiniz xahiş olunur.

Qeyd edək ki, “Azercell Telekom” MMC Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşıdır. Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı və rəqəmsal texnologiyaları onlar üçün daha əlçatan etməyi hədəfləyən Azercell, hər il ən qabaqcıl iPhone modellərini yerli bazarda təqdim edir.


Teqlər: Azercell  







Xəbər lenti