
Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış parlaq qələbə sayəsində 30 ilə yaxın müddətdə milli və sərhəd təhlükəsizliyinə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğu, hazırda azad edilmiş ərazilərimizdə dövlət sərhədinin mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Görüşdə tərəflər bu kimi səfərlərin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində əhəmiyyətli rolunu vurğulanıb, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Görüşdən sonra İsrailin nümayəndə heyəti DSX-nin inzibati binasında yerləşən “Siyasi repressiya qurbanları muzeyi”ni ziyarət edib, qonaqlara muzeyin fəaliyyəti və ekspozisiyaları haqqında ətraflı məlumat verilib.
AzVision.az