Xidmət rəisi qanunsuz tikinti aparılan kompleksdə

Azad Cəfərli diqqətə çatdırıb ki, Abidə qoruğun qorunması, gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Qeyd edib ki, kompleksin ərazisində həyata keçiriləcək hər hansı bir fəaliyyət ancaq qanunvericiliyin tələbləri çərçivəsində icra oluna bilər.
Qoruğun mühafizə zonasında kompleksin fəaliyyət istiqamətindən kənar hər hansı bir hərəkət yolverilməzdir. Xidmət rəisi bildirib ki, məsələnin həlli ilə bağlı müvafiq məhkəmə instansiyalarına da müraciət edilməsi istisna deyil.
Azad Cəfərli Soyqırımı Memorial Kompleksin fəaliyyətinin daha da gücləndirilməsi, yaranacaq analoji vəziyyətin operativ şəkildə aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini verib.
AzVision.az
Teqlər: