Nazirlərin müzakirə etdikləri məsələlər açıqlanıb

   Nazirlərin müzakirə etdikləri məsələlər açıqlanıb
  04 Oktyabr 2022    Oxunub:668
4 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, XİN-in rəhbər heyəti, Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud, habelə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları iştirak edib. Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 30 il ərzində iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisinə yüksəldiyini məmnunluqla qeyd edib. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq formatlarda da faydalı əməkdaşlığın mövcud olduğunu bildirən nazir Ceyhun Bayramov, bir sıra təşkilatlar çərçivəsində iki ölkənin bir-birinə qarşılıqlı dəstəyi davam etdirdiyini söyləyib. Cari səfərin münasibətlərin daha da inkişafına töhfə verəcəyi qeyd olunub. Səudiyyə Ərəbistanının hər zaman Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi bildirilib. Hazırda post-münaqişə dövründə Azərbaycanın bölgədə sülh quruculuğunun tərəfdarı və təşəbbüskarı qismində çıxış etdiyi, həmçinin əksər məsələlərdə birtərəfli şəkildə sülh gündəliyini irəli apardığı diqqətə çatdırılıb.

Daha sonra çıxış edən Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə öz təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir Feysal bin Fərhan Al Səud hazırda Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında bir sıra birgə layihələrin uğurla icra olunmasından məmnunluqla bəhs edib. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu ifadə edilib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

AzVision.az



Teqlər:





Xəbər lenti