İstedadlı gənclər üzə çıxacaq

İstedadlı gənclər üzə çıxacaq
  08 Aprel 2013    Oxunub:2391
“İstedadların hazırlığı laboratoriyası” layihəsinə start verilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Layihənin əsas məqsədi - yeniyetmələr arasında elmi və texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elm və texnika sahəsində istedadlı yeniyetmələrin üzə çıxarılmasıdır. Layihə riyaziyyat, fizika, kimya və məntiq elmlərinə marağı olan və istedadı ilə seçilən yeniyetmə və gənclərin üzə çıxarılması, onların daha da inkişaf etdirilməsi əsas vəzifə kimi qarşıya qoyulub.

“İstedadların hazırlığı laboratoriyasına” seçim bütün ölkə üzrə keçiriləcək on-line olimpiadalar vasitəsi ilə baş tutacaq.
Yüksək bal toplayan iştirakçılar final (əyani) mərhələdə öz biliklərini sınayacaqlar.
İştirakçılar 14-16 yaş arasında olmalıdır və müstəsna hal kimi 14 yaşdan kiçik olan yeniyetmələr də iştirak etmə hüququna malikdirlər.

Qeydiyyatdan keçmək və layihə haqqında məlumat almaq üçün www.istedad.az saytına daxil olmaq lazımdır.

Qaliblər nəzərdə tutulmuş diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, beynəlxalq və dünya fənn olimpiadalarında iştirak etmək şansını qazanacaqlar.


Teqlər:





Xəbər lenti