`Ukrayna Dilarə Kazımovaya səs verəcək`

`Ukrayna Dilarə Kazımovaya səs verəcək`
  06 May 2014    Oxunub:1179
`Azərbaycanlı müğənni Dilarə Kazımova Ukraynada çox məşhurdur. O, dünyada məşhur olan “Qolos” layihəsinin Ukrayna versiyasında iştirak etmişdi. O, müsabiqədə Ukrayna dilində mahnı oxumuşdu. Ukraynalılar bu səbəbdən Dilarə Kazımovaya ona səs verəcəklər`.
Bu sözləri “Eurovision-2013” mahnı müsabiqəsini izləmək üçün Danimarkanın paytaxtı Kopenhagen şəhərinə gəlmiş Ukraynanın “TV Ukraine” telekanalının jurnalisti Roman Sukhan deyib.

Qısa müddətdə Azərbaycanın “Eurovision” mahnı müsabiqəsi kimi möhtəşəm tədbirə çox ciddi hazırlaşdığını vurğulayan R.Sukhan Bakıda gördüklərindən valeh olduğunu bildirib: “Bakıda yenidən olmaq mənim arzumdur. “Eurovision” mahnı müsabiqəsində olan ukraynalı digər dostlarım da şounuzun müsabiqənin tarixində ən əhəmiyyətli yarışmalardan olduğunu söyləyirlər. Təşkilatçılıq yüksək səviyyədə idi. Müsabiqə ərzində zəngin proqram ölkənizə səfər edən qonaqlara darıxmağa imkan vermirdi. “Baku Crystal Hall”un səhnəsi çox gözəl və müasir idi. Builki “Eurovision” mahnı müsabiqəsini Azərbaycanda keçirilmiş yarışma ilə müqayisə etsək ölkənizin hazırlığının daha möhtəşəm olduğunu görərik” (AzərTac).


Teqlər:





Xəbər lenti