XİN rəsmisi: "4 min itkinimizin çoxu kütləvi məzarlarda dəfn edilib"

      XİN rəsmisi:    "4 min itkinimizin çoxu kütləvi məzarlarda dəfn edilib"
  04 Oktyabr 2022    Oxunub:1016
Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzar – hərbçi olduğu müəyyənləşdirilən 12 nəfərin qalıqları aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Xocavəndin Edilli kəndində aşkarlanmış kütləvi məzarlıqla bağlı tvitterdəki paylaşımında deyilir.

“Müharibə cinayətləri ilə bağlı danışanların nəzərinə: Birinci Qarabağ müharibəsindən bəri 4000 azərbaycanlı itkin düşüb, onlardan çoxu işgəncəyə məruz qalıb, öldürülüb və kütləvi məzarlarda dəfn edilib”, - Leyla Abdullayeva qeyd edib.

AzVision.az



Teqlər: XİN   İtkin  





Xəbər lenti