Edillidə yenidən qazıntı işləri aparılacaq

O qeyd edib ki, axtarışlara ilk olaraq Xocavənd rayonunun Edilli kəndində başlanıldı.
"Fevral ayında bu ərazidə 7 nəfərə aid qalıqlar aşkar edilərək tərəfimizdən kütləvi şəkildə götürülüb. Sentaybrın 14-dən başlayaraq burada qazıntı işləri davam etdirildi. Hazırda 5 tam, 1 qarışıq skelet tapılaraq tərəfimizdən götürülüb. Bundan əlavə 12 şəxsə aid kütləvi məzarlıq aşkar edilib. Onların geyim əşyalarından Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Qazıntı işləri yaxın günlərdə davam etdiriləcək", - deyə o əlavə edib.
AzVision.az
Teqlər: