Bakıdan İstanbula gedən təyyarə geri qayıtdı

   Bakıdan İstanbula gedən təyyarə geri qayıtdı
  05 Oktyabr 2022    Oxunub:256
“Turkish Airlines” aviaşirkətinin THY-333 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına - Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.
AzVision.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bildirilir ki, aviaşirkətin “Boeing 737” təyyarəsi yerli vaxtı ilə saat 13:00-da Bakı hava limanına uğurla eniş edib.

AzVision.az

Teqlər:







Xəbər lenti