"Bakı Dövlət Sirkinin yeni binasının tikilməsi gündəmdədir" - Nahid Ağayev

   "Bakı Dövlət Sirkinin yeni binasının tikilməsi gündəmdədir" -    Nahid Ağayev
  05 Oktyabr 2022    Oxunub:458
Bakı Dövlət Sirkinin yeni binasının tikilməsi gündəmdədir.
AzVision.az xəbər verir ki, bunu Bakı Dövlət Sirkinin direktor əvəzedicisi Nahid Ağayev bildirib. Onun sözlərinə görə, bununla bağlı müzakirələr gedir:" Belə bir məsələ müzakirə olunur. Gündəmdədir. Buna yaxşı olardı ki, Mədəniyyət Nazirliyi cavab versin".

Bakı Dövlət Sirkində yeni mövsümdə “Beynəlxalq Sirk: Festival qalibləri” adlı beynəlxalq sirk proqramı nümayiş olunacaq deyən Nahid Ağayev qeyd edib ki, noyabrın 27-nə kimi davam edəcək kimi davam edəcək proqram ilk olaraq oktyabrın 12-də şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə nümayiş olunacaq.

Şəhanə Rəhimova
AzVision.az


Teqlər:







Xəbər lenti