Onurğada vərəm nədir? - ƏLAMƏTLƏRİ

   Onurğada vərəm nədir? -   ƏLAMƏTLƏRİ
  05 Oktyabr 2022    Oxunub:2322
Bu xəstəlik kiçik ağrılarla özünü büruzə verib, bütün onurğa boyu dağınıq iltihabi ocaqlar yaradıb, vaxtında düzgün müalicə olunarsa xoş proqnozludur, müalicə olunmazsa infeksiya fəqərələri dağıdıb, deformasiya edərək əlilliyə kimi gətirib çıxarır.


Statistikaya görə, sümük vərəmi xəstəliyi içində 80% rast gəlinən elə onurğa vərəmidir.

AzVision.az xəbər verir ki, 70 xəstələrdə vərəm əsas 2 fəqərəni zədələyir, az hallarda 3-4 fəqərə yoluxur.


Vərəm törədən bakteriyalar tərəfindən yaranan bu vərəm digər vərəm növləri kimi su, hava-damcı və xəstə insanla təmasdan yoluxur.

Xüsusən immuniteti zəif insanları daha çox yoluxdurur.



Xəstəliyin əlamətləri:


-Tipik ağrı

-Beldə əzələlərin gərginliyi

-Hərəkət zamanı ağrı

-Aktivliyin azalması

-Ayaqlara, qarın və döş qəfəsinə ağırlıq, ağrı

-Xəstənin yerişi dəyişir

-Onurğa sütunu əyilir, qarın önə çıxır

-Əgər vərəm döş qəfəsini zədələyibsə, xəstə yana və geriyə bütün bədəni ilə dönür, əyilndə də belini düz saxlayır

-Ağır formada onurğada irinli ocaqlar görülür, absess onurğa beyini sıxır, nəticədə xəstədə ayaqların iflici baş verir


Diaqnostika və müalicəsi


Əgər şübdə varsa, rentgen olunur. İlkin vərəm ocaqları görüldükdə, dəqiq müayinə üçün MRT olunur.

Müalicə üçün standar kimyaterapiya olunur, xəstəliyi törədənin eliminasiyasına çalışılır.

Bu xəstəliyin profilaktikası üçün ağciyərlərdə problem olduğu halda onurğa sütununu da yoxladın.



Teqlər:





Xəbər lenti