FHN yanğınla bağlı açıqlama yaydı

FHN yanğınla bağlı açıqlama yaydı
  05 Oktyabr 2022    Oxunub:564
Abşeron rayonunda yanğın baş verib.

AzVision.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 20 ədəd elektrik sayğacı yanıb.

Digər sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti