QHT-lər Edilli məzarlığı ilə bağlı bəyanat yayıb

Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri bu hadisəni qətiyyətlə pisləyir və hadisəni törədənlərin cəzalandırılmasını tələb edirik.
Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın 20% ərazilərinin işğalı zamanı (1988-1994-cü illər) ermənilər tərəfindən əsir götürülən 4000-ə yaxın Azərbaycan vətəndaşının (hərbi qulluqçu və mülki şəxslərin) taleyindən hələ də xəbər yoxdur. Azərbaycan dövləti dəfələrlə itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, bütün beynəlxalq humanitar təşkilatlar məsələ ilə bağlı səssiz qalıb və heç birini cavablandırmayıb.
1949-cu il Cenevrə konvensiyalarına əsasən müharibə zamanı hərbi əsirlərlə davranış, eləcə də yaralı və mülki şəxslərin müdafiəsi tələbləri Ermənistan tərəfindən dəfələrlə pozulub və 2022-ci ildə aşkar edilən kütləvi məzarlıqlar da bu pozuntuların baş verdiyini sübut edən bariz nümunə olub. İndiyədək müharibə cinayətləri törədən erməni hərbiçilərinə qarşı Ermənistan hüquq mühafizə orqanları və məhkəmələri tərəfindən heç bir cəzalandırılma halına rast gəlinməyib.
Azərbaycan Respublikasının 2020-ci il Vətən Müharibəsindən sonra Ermənistana həm itkin düşmüş şəxslərin taleyi, eləcə də minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi ilə bağlı müraciətləri də faktiki olaraq cavabsız qalıb. Ermənistan bütün hallarda Azərbaycanın humanist, qərəzsiz münasibətinə qeyri-adekvat münasibət bəsləmişdir. Müharibə cinayətləri törədən, yüzlərlə mülki şəxsin ölümünə səbəb olan, bir milyon insanın yaşamaq hüquqlarını pozan, onların varidatını mənimsəyən, mədəni irsini məhv edən Ermənistan adlı bir dövlətin hələ də beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi, azərbaycanlıların başlarına gətirilən faciələrə ikili standartlarla yanaşılması bizim həmin təşkilatların fəaliyyətinə inamımızı azaldır.
Bəyan edirik ki, Ermənistanın müharibə cinayətlərinə beynəlxalq təşkilatlar, xüsusən beynəlxalq humanitar təşkilatlar adekvat cavab verməli, törətdiyi cinayətlərə görə Ermənistanı məsuliyyətə cəlb etməli və Azərbaycanın 4000-ə yaxın itkin düşmüş vətəndaşının taleyinə aydınlıq gətirməlidirlər”.
AzVision.az
Teqlər: