Bakı İrəvanın cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi

O bildirib ki, ilk olaraq 2020-ci ildə belə müraciət Avropa İnsan Haqları Məhkəməsəinə və Beynəlxalq Ədalət Məhkəməsinə edilib: “Eyni ildə mina problemi ilə bağlı belə müraciət Azərbaycan tərəfindən edilib. Ermənistan tərəfindən Azərbaycanın suveren və beynəlxalq hüquqda tanınan ərazilərinə mina basdırılması cinayəti davam edir. Bu işlərə baxılma mərhələsindədir. Hazırda iddialarla bağlı Ermənistan və Azərbaycan tərəfinə məhkəmə tərəfindən prosedur suallar göndərilib. Suallara yaxın vaxtda cavab göndəriləcək.
Ermənistanda Azərbaycana qarşı nifrət nitqi ilə çıxış edən qruplar var ki, onlar Ermənistan hökuməti tərəfindən nəinki məsuliyyətə cəlb edilmir, həm də onlara Ermənistan MN və digər qurumlar tərəfindən mükafatlar verilir. Təzəlikcə sentyabr ayında Ermənistan tərəfindən öhdəliklərə əməl edilməməsi ilə bağlı faktlar məhkəməyə təqdim edilib. Laçın şəhərində 1400 minanın tapılması və digər faktlar da məhkəmə müraciətinə fakt kimi qoyulub. Bu cinayətlər sübut edir ki, Ermənistan bu cinayətlərinə hələ də davam edir”.
Şəhanə Rəhimova
AzVision.az
Teqlər: