Prokurorluq: "357 uşaq və azyaşlı mina qurbanı olub"

      Prokurorluq:    "357 uşaq və azyaşlı mina qurbanı olub"
  06 Oktyabr 2022    Oxunub:1216
Baş prokurorluq 1991-2022 illərdə Azərbaycanda mina qurbanlarının ümumi sayını açıqlayıb.
AzVision.az xəbər verir ki, mina qurbanlarının sayı 3336 nəfərdir. Onlardan kasetli sursatların partlaması nəticəsində həlak olan və xəsarət alanlar 131 nəfərdir. Uşaq və azyaşlıların sayı isə 357 nəfər təşkil edir, 38 nəfər isə qadındır.

Vurğulanıb ki, 2020-ci ilin noyabr - 2022-ci ilin 06 oktyabr tarixləri arasında, mina partlayışları nəticəsində 44 nəfər həlak olub, 213 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərərçəkib. Bu dövr ərzində həlak olan və zərərçəkənlərin cəmi sayı 257 nəfər təşkil edib (onlardan: 9-u uşaq, 1-i qadın, 3 nəfər isə media nümayəndəsidir).  Bu şəxslərin 147 nəfəri keçmiş təmas xəttindən kənarda baş vermiş mina insidentlərinin qurbanları olub.

Şəhanə Rəhimova
AzVision.az


Teqlər:





Xəbər lenti