Dəniz Akademiyasının yataqxanası legioner futbolçulara verilib? - AÇIQLAMA

"Hazırda burada 292 nəfər tələbə yaşayır. Yay aylarında dərs olmadığı müddətdə adıçəkilən klubun legioner oyunçuları yox, 20 nəfər uşaq futbol komandasının üzvləri yataqxanada müvəqqəti yerləşdirilib. Yeni tədris ilinin başlanması ilə əlaqədar rəhbərliyin tapşırığına uyğun olaraq “Səbail”in Uşaq Futbol Akademiyasının üzvlərinin yataqxanadan çıxarılması prosesinə başlanılıb. Yaxın günlərdə 20 yerə də müraciətlərə uyğun tələbələr yerləşdiriləcək".
Aytən Zəhra
AzVision.az
Teqlər: